“Tesla” “robotaksis” tətbiqini nümayiş etdirdi

“Tesla”, maliyyə nəticələrini açıqlayarkən “Uber”ə bənzər taksi xidmətini işə salmaq planı haqqında daha ətraflı məlumat verib.

İndex.az xəbər verir ki, “Tesla”nın birinci rüb təqdimatında, istifadəçilər üçün özünü idarə edən avtomobilin necə çağırıldığını və onun yerinin 3D xəritədə izləməyə imkan verən “ride-heiling” xidmətinin necə istifadə edildiyini nümayiş etdirib.

Bu təqdimat zamanı Mask qarşıdan gələn “Robotaxi” platformasını “Airbnb” və “Uber” birləşməsinə bənzədib.