Artıq internetiniz olmasa belə “WhatsApp”da fayl paylaşa biləcəksiniz

Məşhur mesajlaşma proqramı “WhatsApp” yeni funksiyanı sınaqdan keçirir.

İndex.az xəbər verir ki, hələ sınaq mərhələsində olan yeni funksiya sayəsində “WhatsApp” yaxınlıqdakı insanlarla faylları asanlıqla paylaşmağa imkan verəcək.

Bu funksiya sənədlər, fotolar, videolar və daha çox fayl növlərini dəstəkləyərək yaxınlıqdakı istifadəçilər arasında fayl mübadiləsini təmin edəcək.