AMB uçot dərəcələrini kəskin şəkildə azalda bilər

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Mario Centeno uçot dərəcələri ilə bağlı bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Portuqaliya Mərkəzi Bankının sədri və AMB-nin İdarə Heyətinin üzvü Mario Centeno “Econostream Media”ya verdiyi müsahibədə bildirib ki, AMB inflyasiyanın səviyyəsindən asılı olaraq bu il uçot dərəcəsini 100 baza bəndi azalda bilər.

Centeno, endirim olsa belə, məhdud səviyyədə qalmağa davam edəcəklərini söyləyib.

Hazırda 2%-lik inflyasiya hədəfinə yaxınlaşdıqlarını qeyd edən Centeno qeyd edib ki, önümüzdəki aylarda inflyasiyanın müvəqqəti olaraq 2%-dən aşağı düşəcəyi təxmin edilir.

Centeno, uçot dərəcələrini dəyişdirmək üçün çox uzun müddət gözləməyin daha aqressiv faiz endirimlərini tələb edə biləcəyini söylədi.