Neft Fondunun istiqrazlarının 23%-i 1 ilə qədər müddətə yerləşdirilib

Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 23 %-i 1 ilə qədər müddətə yerləşdirilib.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin birinci rübünün sonuna Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 26,9 %-i 1 ildən 3 ilə qədər, 23,1 %-i 3 ildən 5 ilə qədər, 27 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

2023-cü ilin birinci rübü sonunun göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 8,2 % bəndi azalıb.

Ötən ilin ilin birinci rübünün sonuna 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 7 % bəndi azalıb, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 1,8 % bəndi artıb.

2023-cü ilin birinci rübünün sonuna 5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 30 %-dən 27 % bəndinə qədər azalıb.