NASA vulkanik peykdə lava gölünü göstərdi

NASA Yupiterin vulkanik peyki İo-da lava gölünün təsirli animasiyasını yayımlayıb.

İndex.az xəbər verir ki, nəhəng gölün çəkilməsi Juno kosmik gəmisinin peykin yaxınlığından keçən müşahidələri nəticəsində mümkün olub.

Günəş sisteminin ən böyük planeti ətrafında fırlanan Juno 2023-cü ilin dekabrında və 2024-cü ilin fevralında İo-nun yaxınlığından 1500 kilometr keçərək vulkanik peykin bu günə qədər ən yaxın şəklini çəkdi.