ARDNF AA reytinqli investisiya portfelinin tərkibi artırıb

Bu ilin birinci rübün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 66,4 %-i AAA reytinqli olub.

İndex.az bu barədə Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk rübünün sonuna nisbətən 6,4 faiz bəndi azdır.

Məlumata görə, ARDNF AA reytinqi alətlərin xüsusi çəkisini 16,2 %-dən 16,9 %-ə qaldırıb, A reytinqi alətlərin xüsusi çəkisini isə 7,2 %-dən 10,1 %-ə qaldırıb.

Hesabat dövründə Fondun investisiya portfelində BBB reytinqli alətlərin payı 3,3 %-dən 6,4 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,5 %-dən 0,2 %-ə endirilib.