Ötən rüb ARDNF investisiya portfelində qızılın payını artırıb

Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 55,3 % təşkil edib.

İndex.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 5,7 faiz bəndi azdır.

Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 21,1 %-dən 25,7 %-ə çatdırıb.

Fondun investisiyalarında qızılın payı 12,1 %-dan 13,2 %-ə artarıb, daşınmaz əmlakın payı isə artaraq 5,7 %-dən 5,8 %-ə çatdırılıb.

Hazırda ARDNF-in 104,6 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən 2,8 ton və ya 2,75 % çoxdur.