Qəzzada xəstəxana bağçasında 50 nəfərlik kütləvi məzarlıq tapılıb

Qəzza Mülki Müdafiə Bölməsi bazar günü elan edib ki, tibb işçiləri Xan Yunis şəhərinin cənubunda yerləşən Nasi xəstəxanasında İsrail qüvvələri tərəfindən öldürülən və basdırılmış ən azı 50 nəfərin cəsədini tapıblar.

İndex.az xəbər verir ki, İsrail ordusu kütləvi məzarlıqla bağlı xəbərləri araşdırdığını bildirib.

Mülki müdafiə təşkilatı bildirib ki, qalıqlar Nasi xəstəxanasının həyətində tapılıb.

Agentliyin sözçüsü Mahmud Bassal deyib: “Nasi Tibb Kompleksinin həyətində işğalçı qüvvələrin (İsrail) qazdığı kütləvi məzarlıqlar var. Dünən çuxurlardan birində 50 şəhidin cəsədi tapıldı. Bu, bizi şoka saldı,  bu gün də dəqiq ölü sayını vermək üçün bütün məzarları açmalıyıq”.

Bassal öldürülənlərdən bəzilərinin işgəncələrə məruz qaldığını ifadə edib: “Bəzi cəsədlərin üzərində heç bir paltar yox idi ki, bu da qurbanların mütləq işgəncə və pis rəftara məruz qaldığını göstərir”.