“Samsung” bu ölkədə ekranı pulsuz dəyişəcək

Ən son sızmalar göstərir ki, “Samsung” rəhbərliyi Hindistanda satılan bəzi cihazlar üçün pulsuz ekran dəyişdirilməsini təmin etmək qərarına gəlib.

İndex.az xəbər verir ki, istifadəçi məmnunluğunu artırmaq üçün edilən bu addım texnologiya sektorunda da çox müsbət təsir göstərdi.

Telefonlarının ekranında yaşıl və ya çəhrayı xətlərin göründüyünü deyən hindistanlı “Samsung” istifadəçiləri heç bir ödəniş etmədən ekranı dəyişdirə biləcəklər. Proqram və ya aparatdan qaynaqlandığını dəqiq müəyyən etmək mümkün olmayan problemin qəti şəkildə həll olunacağı gözlənilir.