Dollar bahalaşmaqda davam edəcək – PROQNOZ

2024-cü ildə qlobal investorlar üçün bir sıra gözlənilməz proseslər baş verdi.

İndex.az xəbər verir ki, bu proseslərdən biri də dolların möhkəmlənməsi olub.

Belə ki, 2024-cü ildə dolların ucuzlaşacağı proqnozlaşdırılsa da, ABŞ iqtisadiyyatının həddindən artıq böyüməsi və inflyasiyaya görə FED-in uçot dərəcələrini endirmə planını təxirə salması dolları daha da möhkəmləndirdi.

Beynəlxalq Valyuta Fondunun (BVF) ABŞ-da artımın digər G-7 ölkələrindən iki dəfə sürətli olacağını açıqlamasına baxmayaraq, artımın olmayacağı ilə bağlı yaranan fikirlər səhm və istiqraz gəlirlərini dəstəkləyərək dolların cəlbediciliyini artırıb.

Bununla yanaşı dünyada yaranmış geosiyasi gərginlik də dolları təhlükəsiz sığınacaq kimi dəstəkləyən amillərdən biridir.

Beləliklə, baş verən bu hadisələr dünyanın ikinci ən böyük fond idarəçiliyi şirkəti olan “Vanguard Group”un dolların uzunmüddətli artımını proqnozlaşdırmasına səbəb olub.

“UBS Asset Management” isə dolların normal dəyərindən 20% baha olmasına baxmayaraq, daha da artacağını proqnozlaşdırır.

“Wells Fargo İnvestisiya İnstitutu” da dolların bahalaşmasının 2025-ci ilə qədər uzanacağını düşünür.