Netanyahu ABŞ-ın İsrail ordusuna qarşı embarqosu ilə mübarizə aparacağını bildirib

ABŞ-ın İsrail Ordusunda bir bölməyə hərbi yardımı kəsəcəyi xəbərinin ardından İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı bütün embarqoları rədd edəcəyini bildirib.

İndex.az xəbər verir ki, “Axios” xəbər saytı ABŞ-ın işğal altındakı İordan çayının qərb sahilində insan haqları pozuntularına görə İsrailin Netzah Yehuda briqadasını hədəf alacağını yazmışdı.

BBC müəyyən edib ki, qərar sui-istifadələrdə iştirak etdiyi iddia edilən xarici hərbi birləşmələrə Amerikanın qadağası əsasında qəbul edilib.