“Tesla” qlobal miqyasda avtomobil qiymətlərini aşağı salır

Elektrikli avtomobil nəhəngi “Tesla”, ilk rübdə tədarüklər təxminən dörd ildə ilk dəfə azaldıqdan sonra qlobal miqyasda avtomobillərinin qiymətlərini aşağı saldı.

İndex.az xəbər verir ki, şirkətin Çində “Model 3″ün başlanğıc qiymətini 14 000 yuan azaldaraq 231 900 yuana (32 000 dollar) endirdiyi bildirilir.

Almaniyada “Model 3” modelinin də fevral ayından bu yana 42 990 avrodan 40 990 avroya (43 670,75 dollar) düşdüyü bildirilir.

“Tesla” sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də baş verib.