Parisdə velosiped sürənlərin sayı avtomobil sürücülərinin sayını üstələyib

Bu ay Parisdə aparılan araşdırma, velosiped sürənlərin şəhərdəki avtomobillərdən çox olduğunu ortaya çıxarıb.

İndex.az xəbər verir ki, Paris son illərdə yaşayış üçün daha rahat bir şəhər olmaq üçün inqilabi addımlar atır.

İndex.az xəbər verir ki, bir neçə il əvvəl Paris bələdiyyəsi ümumdünya sürət həddini saatda 30 km-ə endirməklə böyük səs-küy yaratmışdı. Paris trafikin səs-küyünə nəzarət edən kamera sisteminin sınaqdan keçirildiyi ilk yerlərdən biri olub.

Bu sistem sayəsində dəyişdirilmiş motosikletlər kimi səs-küy yaradan vasitələrə göz yummadan lazımi sanksiyaların tətbiqi hədəflənib. Paris bu dəfə trafikdə üstünlük qazanan velosipedçilərlə yol hərəkətində yeni bir inqilaba imza atdı.

Parislilər avtomobildən çox velosipeddən istifadə edirlər. Beş il əvvəl toplanan məlumatlardan bəri velosiped sürmədə bu artımın indi daha çox velosiped yollarının olması ilə əlaqədar olduğu düşünülür. Paris, hazırkı meri Anne Hidalqonun rəhbərliyi altında dayanacaqların tikintisini dayandırdı, velosiped zolaqlarını artırdı və bəzi şəhər küçələrini avtomobillər üçün bağladı.

Şəhərlərdə daha az avtomobilin olması nəinki məkanı genişləndirir, həm də şəhərdə havanın keyfiyyətini yaxşılaşdırır.