Naxçıvanda orta aylıq əməkhaqqı 742 manat olub

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 742,5 manat olub.

İndex.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iki ay ərzində muxtar respublikada orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18,1 % artıb.