“Google” istifadəçilərin niyyətlərinə əsasən reklam göstərəcək

“Google AdSense”, niyyətinizi anlayan “Ad intents” (Reklam niyyətləri) adlı innovativ reklam formatını təqdim etdi.

İndex.az xəbər verir ki, bu format sayt sahiblərinə sayta daxil olarkən istifadəçinin niyyətinə və maraqlandığı mövzuya uyğun reklamlar təqdim etməklə, öz reklam gəlirlərini artırmağa imkan verir.

Reklam niyyətləri formatı avtomatik olaraq məzmununuza uyğun mətnlərə və səhifələrə keçidlər yerləşdirir. Bu linklərə klikləsəniz, istifadəçilər üçün uyğun olan və axtarış nəticələrini ehtiva edən reklamları göstərən yeni pəncərə açılır.

Məsələn, bir internet saytında “iPhone 15” xəbərlərini oxuyursunuz və xəbərin məzmununda yerləşdirilmiş “iPhone 15” linkinə tıkladığınız zaman “iPhone 15” ala biləcəyiniz kiçik bir pəncərə açılır.

“Google” bildirir ki, bu format həm mobil, həm də masaüstü platformalarda işləyir və istifadəçi təcrübəsinə mənfi təsir göstərmədən reklam nümayişini optimallaşdırır.