“Honda” yeni nəsil elektromobillərini Çində satışa çıxaracaq

“Honda”, yeni nəsil elektromobillərinin satışa çıxacağı vaxtı açıqlayıb.

İndex.az xəbər verir ki, Yaponiyanın “Honda” şirkəti 2027-ci ilə qədər Çində “Ye” brendi altında yeni nəsil 6 elektromobillərini satışa çıxarmağı planlaşdırdığını açıqlayıb.

Bundan əlavə, şirkət 2035-ci ilə qədər ölkədəki avtomobil satışlarının 100%-in elektrikli avtomobillərdən ibarət olmasını təmin etmək üçün 2027-ci ilə qədər Çində cəmi 10 “Honda” markalı elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırdığını qeyd edib.

Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Honda” elektrikli avtomobil satışlarını artırmaqla “General Motors” və “Volkswagen” kimi rəqiblərini geridə qoyub.