TOFAŞ Türkiyədə “Jeep” istehsalına başlaya bilər

“Stellantis”in yolsuzluq brendi “Jeep”in yeni CEO-su Antonio Filosa qısa müddətdə brendi böyütmək istəyir.

İndex.az xəbər verir ki, əksər bazarlar və avtomobil istehsalçıları pandemiyadan əvvəlki həcmlərə nail olduqları halda, “Jeep” oxşar performans göstərə bilmədi.

Yeni baş direktor Antonio Filosa bu problemi üç sütunlu strategiya ilə həll etmək istəyir.

Bu sütunlardan biri də mövcud məhsulların istehsalının daha rəqabətqabiliyyətli maya dəyəri əsasında lokallaşdırılmasıdır.

Filosa deyir ki, onun məhsulları güclüdür, lakin bəzi bazarlarda istehsal xərcləri çox yüksəkdir.

Baş direktorun sözlərinə görə, daha rəqabətli bazarlarda böyümək istəyirsinizsə, daha aşağı xərc bazasına ehtiyacınız var.

Filosa, “Jeep”in qlobal satışlarını onilliyin sonuna qədər 2 milyona, ABŞ-da 634.000 avtomobildən 1 milyona, Avropa bazarındakı payını isə 2%-ə çatdırmağı hədəfləyir.

Bu planlara nail olmaq üçün “Jeep” brendinin istehsalının artırılması nəzərdə tutulur.

Bu planların bir tərəfi, görünür, Türkiyə və TOFAŞ-ı yaxından maraqlandırır.