Bu şəxslər ömürlərinin sonuna qədər siqaret ala bilməyəcəklər

Böyük Britaniyada eni nəslin ömürlük siqareti əldə etməsini qadağan edən qanun layihəsi parlamentə gəlir.

İndex.az xəbər verir ki, hökumət “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışını qadağan etməyi planlaşdırır.

Qanun indiki formada qəbul edilsə, bu il 15 yaşı tamam olan uşaqlar ömürlərinin sonuna qədər siqaret ala bilməyəcəklər.

Bununla belə, qanun hakim Mühafizəkarlar Partiyası daxilində də mübahisə yaradıb.