“Huawei” yeni noutbuku ilə ABŞ-ı qarışdırdı

ABŞ hökuməti özü Çinin çip texnologiyalarının inkişafının qarşısını almaq üçün qoyduğu ciddi ambarqonu pozur və bu, mübahisələrə səbəb olur.

İndex.az xəbər verir ki, “Huawei”in yeni “MateBook X Pro 2024” modeli hüquqi ictimaiyyəti narahat edir.

Çünki “Huawei” ABŞ-dan aldığı xüsusi lisenziya ilə sərt çip ambarqolarının öhdəsindən gələ bilər.

“Huawei”in “MateBook X Pro 2024” noutbuk modeli “Intel”in ən son “Core Ultra” prosessorundan istifadə edir və bununla da qabaqcıl süni intellekt imkanlarına çıxış əldə edir.

Lakin qanunvericilərin illərdir qarşısını almağa çalışdıqları da elə məhz budur.

“Huawei” bu imtiyazı 2020-ci ildə Tramp hökuməti tərəfindən verilən lisenziya ilə əldə edib.

Təxminən 4 ildir qüvvədə olan bu lisenziyaya heç bir dəyişiklik edilmədiyi üçün “Huawei” çevik davrana bilər.

Çinlə münasibətləri izləyən Nümayəndələr Palatasının üzvləri və Respublikaçı qruplar məsələ qaldırsalar da, Ticarət Nazirliyi hələlik açıqlama verməyib.

Lisenziya ləğv edilməsə, “Huawei” ən son “Intel” prosessorlarına çıxış əldə etməyə davam edəcək.