Yaponiya kosmik karavan istehsal edəcək

Yaponiya NASA ilə yeni razılaşma çərçivəsində Ayda istifadə üçün xüsusi kosmik karavan istehsal edəcək.

İndex.az xəbər verir ki, Ayda işləri irəlilətmək üçün imzalanan müqavilə texnologiya dünyasında da böyük təsir bağışladı. Həm ekipajlı, həm də heyətsiz istifadə oluna biləcəyi deyilən kosmik gəminin karavana bənzər bir çox funksiyaya sahib olacağı açıqlanıb.

Amerika və Yaponiya arasında kosmos əməkdaşlığının gələcəyi üçün çox müsbət hesab edilən bu inkişafın alimlərin Ayın quruluşunu anlamalarını sürətləndirəcəyi bildirilir. Bundan əlavə, yapon astronavtlarının bu kosmik gəmilərdə səyahət edəcəyinə dair bir növ təminat alındığı iddia edilir.

Təzyiqli bir quruluşa sahib olduğu deyilən kosmos karavanında astronavtların təbii həyatlarını davam etdirmələri üçün ən həyati materialların yer alacağı bildirilir. Təxminən 10 min km menzile sahib olduğu deyilən avtomobilin səmərəliliyi artırmaq üçün günəş panelləri ilə dəstəklənən xüsusi hidrogen yanacağından istifadə edəcəyi də ortaya çıxdı.

2031-ci ildə kosmosa buraxılması gözlənilən kosmik gəmi ən azı 10 il burada qalaraq mühüm missiyaları yerinə yetirəcək.