“Youtube” reklam bloklayan proqramlara qarşı müharibə elan edib

“YouTube” mobil cihazlarda reklam blokerləri ilə mübarizə aparır.

İndex.az xəbər verir ki, “YouTube” indi siyasətini dəyişib və üçüncü tərəf proqramlarının reklamları bloklamasına icazə vermədiyini bildirib.

Çünki, bu, məzmun yaradıcılarının baxış üçün ödəniş almasına mane olur. Bu dəyişikliklə “YouTube” “AdGuard” kimi mobil reklam blokerlərini hədəfləyir.