Dünyanın ən böyük mavi brilyantı 57.5 milyon dollara satıldı

15.1 karatlıq “De Beers Blue” brilyantı Honq-Konqdakı “Sotheby’s” hərracında satılıb. Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu, indiyə qədər hərraca çıxarılan ən böyük mavi brilyantdır.

Vurğulanır ki, daha əvvəl qiymətli daş 48 milyon dollar olaraq qiymətləndirilib, lakin sonra qiymət 57.5 milyon dolları ötüb.

Satılan daş 2021-ci ildə Cənubi Afrikadakı “KUllinan” mədənində “De Beers” şirkəti tərəfindən kəsilib. Qeyri-adi mavi rənglə yanaşı, brilyantın daxili quruluşu pilləli kəsimə malikdir.

Xatırladaq ki, 2016-ci ildə “Christie’s” hərrac evi “Oppenheimer Blue” mavi brilyantını 56.8 milyon İsveçrə frankı (59 milyon dollar) qiymətinə satmışdı.