“Alfa Romeo”nun yeni elektrikli modeli 1000 at gücünə çatacaq

2016-cı ildən bazara çıxan “Alfa Romeo Stelvio” uzun müddətdir ki, yenilənməyib.

İndex.az xəbər verir ki, gələn ilin yayında yenilənəcək avtomobil elektrikli model olmasına baxmayaraq 1000 at gücünə çatacaq.

800V arxitektura ilə gələcək “Stelvio” beləliklə yüksək şarj sürətinə çata biləcək.

Şirkətin baş direktoru Yan-Filippe İmparato”nun sözlərinə görə, avtomobil həmçinin 986 at gücünə (735 kVt) qədər güc verə bilər.

İmparato bildirib ki, hazırlanmaqda olan avtomobil artıq 941 at gücünə çatıb, lakin komanda 1000 at gücünə (986 at gücünə) çatmağı hədəfləyir.

Bu güc dəyəri ilə “Alfa Romeo Stelvio Quadrifoglio” 2026-cı ildə bazarda ən güclü SUV modellərindən biri olacaq.