Azərbaycan əmtəəlik qaz hasilatını 5%-dən çox artırıb

Bu ilin birinci rübündə Azərbaycanda 12 milyard 573 milyon kubmetr təbii qaz hasil edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 9 milyard 682 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4%, əmtəəlik qaz hasilatı isə 5,4% artıb.

Ötən rüb Azərbaycanda 7 milyon 261,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 7 milyon 244,4 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk rübü ilə müqayisədə 6% (əmtəəlik neftin həcmləri isə 6%) azdır.