ABŞ-a zərbə: Çin xarici çiplərin istifadəsini məhdudlaşdırır

Çinin ölkənin ən böyük telekommunikasiya şirkətlərinə xarici çiplərdən istifadəni dayandırmağı əmr etdiyi bildirilir.

İndex.az xəbər verir ki, məlumata görə, Çin bu ilin əvvəlində telekommunikasiya sistemlərinin 2027-ci ilə qədər yerli prosessorlara keçməsi barədə göstəriş verib.

Bu addım birbaşa dünyanın ən mühüm çip istehsalçıları olan ABŞ-ın “Intel” və “Advanced Micro Devices” (AMD) şirkətlərinə təsir edəcək.

Çinin bu addımını iki fərqli prizmadan şərh etmək lazımdır. İlk növbədə, bu addımı ABŞ-ın Çinə qarşı ticarət sanksiyalarına cavab kimi başa düşmək olar. İkincisi, Çin bir müddətdir ki, qərb istehsalı texnologiyalarından asılılığını azaltmağa çalışır. Çinin bu səyləri demək olar ki, bütün sənaye sahələrində həyata keçirilir. Buna görə də, Çin yüksək texnologiya və enerji, eləcə də prosessor texnologiyaları kimi sahələrdə oxşar azalma və ya məhdudlaşdırma addımlarını atır.