“Tesla” Hindistanda zavod tikmək istəyir

ABŞ-ın “Tesla” şirkəti Hindistanda zavod tikmək niyyətindədir.

İndex.az “Business Line”v nəşrinə istinadən xəbər verir ki, avtomobil istehsalçısı şirkəti zavodun inşası üçün bu ölkənin ən iri holdinqi olan “Reliance Industries” ilə danışıqlar aparır

Danışıqlar ilkin mərhələdədir və bir aydan çoxdur davam edir. “Tesla” Cənubi Asiya respublikasında istehsalını açmaq üçün bu holdinqi tərəfdaş hesab edir.

Nəşrin məlumatına görə, söhbət ölkədə istehsal zavodunun tikintisi üçün mümkün birgə müəssisədən gedir. “RIL Group” Hindistanda enerji, neft-kimya, tekstil, təbii ehtiyatlar, pərakəndə satış və telekommunikasiya sektorlarında fəaliyyət göstərir.