Türkiyədən Azərbaycana elektrik məhsulları ixracı 31 % azalıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana 52 milyon 855 min ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edilib.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,1 % azdır.

Həmçinin cari ilin martında Türkiyədən ölkəmizə 20 milyon 247 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 17,5 % azalma deməkdir.