Mersindən Azərbaycana məhsul ixracı 56 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Türkiyənin Mersin şəhərindən Azərbaycana 10 milyon 116 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 55,8 % çoxdur.

Həmçinin cari ilin mart ayında Mersindən Azərbaycana 4 milyon 642 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 34,5 % artım deməkdir.