Azərbaycanda yeni internet televiziyası yaradılır

Azərbaycanda yeni internet televiziyası – Karyera TV yaradılır.

İndex.az xəbər verir ki, yeni internet televiziyanın həmtəsisçiləri tanınmış jurnalist İlham Tumas və Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi Şahin Sərdarlıdır.

Karyera TV-nin məqsədi gənclərə karyera qurmaqda, onlara təhsil və peşə seçimində bu sahədə peşəkarların məsləhələrini çatdırmaq, iş tapmaqda dəstək olmaqdır. Həmçinin yeni yaradılan TV-də uğur qazanan insanların hekayələrini dinləmək imkanı da olacaq.