Azərbaycan Türkiyədən dəri məhsullarının alışına çəkdiyi xərci azaldıb

2024-cü ilin birinci rübündə Türkiyədən Azərbaycana 4 milyon 171 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 25,6 % azdır.

Həmçinin cari ilin mart ayında Türkiyədən ölkəmizə 2 milyon 77 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 14 % çoxdur.