Adanadan Azərbaycana 7 milyon dollarlıq məhsul gətirilib

Bu ilin yanvar-mart aylarında Türkiyənin Adana şəhərindən Azərbaycana 7 milyon 169 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,5 % azdır.

Həmçinin cari ilin mart ayında Adanadan Azərbaycana 2 milyon 594 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 11,6 % azalma deməkdir.