İnsan beynindən 2000 dəfə sürətli superkompüter hazırlanıb

İnsan beyni uzun illərdir elm adamlarının ən böyük araşdırma mövzusudur.

İndex.az xəbər verir ki, insan beynindən 2000 dəfə sürətli və saniyədə 100 milyard əməliyyat yerinə yetirə bilən superkompüter hazırlanıb.

“Deep South” adlanan superkompüter Avstraliyanın Neyromorfik Sistemlər Mərkəzi üçün hazırlanıb. O, saniyədə 228 trilyon əməliyyat yerinə yetirə bilir.

Beləliklə, superkompüter təkcə insan beynini deyil, bütün insan orqanizmini simulyasiya edə bilir. Sistem məlumatların saxlanması və emal gücünü birləşdirərək insan beyninin səmərəliliyini əks etdirməyə çalışır.

Superkompüterin insan beyninin sirlərini öyrənməkdə mühüm dəstək olacağı bildirilir. Bunlara, məsələn, beyin xəstəliklərinin tədqiqi və ya insan beyninin müalicə və qocalmaya necə reaksiya verdiyini anlamaq daxildir. Digər tərəfdən, aparat texnologiyası sayəsində bir həftə davam edən telefon batareyaları və ya çox kiçik superkompüter çipləri üçün yol açılacaq.