“Starlink” istifadəçilərinin sayı 2,7 milyona yüksəlib

İlon Maskın kosmos şirkəti “SpaceX” tərəfindən təklif edilən “Starlink”, peyk vasitəsilə internetə daxil olmağı mümkün edir.

İndex.az xəbər verir ki, “SpaceX”in “Starlink” internet xidməti ABŞ-dan Fransaya, Bolqarıstandan Yunanıstana, hətta Gürcüstan və Monqolustana kimi müxtəlif ölkələrdə təklif olunur.

Bir çox ölkələrdə istifadə oluna bilən bu xidmətdən istifadə edənlərin sayı getdikcə artır. İlon Maskın verdiyi açıqlamaya görə, dörd ay ərzində 500 min yeni istifadəçi xidmət almağa başlayıb. Ümumi istifadəçilərin sayının dekabrda 2,2 milyondan hazırda 2,7 milyona yüksəldiyi bildirilir.