“Microsoft” Yaponiyaya 2,9 milyard dollarlıq süni intellekt sərmayəsi qoyur

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” (MSFT) Yaponiyadakı süni intellekt biznesini gücləndirmək üçün qarşıdakı iki il ərzində ölkəyə təxminən 2,9 milyard dollar sərmayə qoyacaq.

İndex.az xəbər verir ki, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi açıqlamada “Microsoft”un prezidenti Bred Smit bildirib ki, ABŞ texnologiya şirkəti tezliklə Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ-a səfəri zamanı öz planlarını açıqlayacaq.

“Nikkei”in “Microsoft”un Yaponiyadakı ən böyük sərmayəsi olacağını söylədiyi plan çərçivəsində şirkətin Yaponiyanın şərqində və qərbində mövcud olan iki obyektdə qabaqcıl süni intellekt yarımkeçiriciləri quraşdıracağı ifadə edildi.

Xəbərdə həmçinin şirkətin üç il ərzində Yaponiyada 3 milyon işçinin yetişdirilməsi üçün süni intellektlə bağlı yenidən bacarıqların artırılması proqramı elan etməyi və robototexnika və süni intellektlə bağlı araşdırma və inkişaf üçün Tokioda yeni laboratoriya qurmağı planlaşdırdığı da qeyd edilib.