Telefonunuzu itirməkdən qorxmayın: “Google” gözlənilən funksiyanı təqdim etdi

“Google” 3 ildir ki, “Apple”in “Find My” (Məni tap)  xidmətinə bənzəyən “Find My Device” (Cihazımı tap) funksiyası üzərində işləyir.

İndex.az xəbər verir ki, istifadəçilərin böyük maraqla gözlədiyi funksiya nəhayət ki, istifadəyə verilib.

Cihazımı tap funksiyası əslində “Android” telefonlarında mövcud olan bir xidmətdir, lakin çox inkişaf etmiş nəticələr vermədiyi üçün tənqidlərə səbəb oldu. Yeniləmə ilə hətta söndürülmüş telefonları indi “Cihazımı tap” xidməti ilə tapmaq olar.

İlkin olaraq ABŞ və Kanadada yaşayan istifadəçilərə təqdim edilən xüsusiyyət, “Android 9” və sonrakı versiya yeniləmələri ilə bütün ölkələrdə əlçatan olacaq. Cihazımı tap funksiyası “Pixel 8” seriyasındakı telefon modelləri üçün də əlavə xidmət göstərəcək.