“Meta”: “”WhatsApp” və “Instagram”ı əldə etmək bizi monopoliya etmədi”

ABŞ Federal Ticarət Komissiyasının (FTC) “Meta”ya qarşı açdığı antiinhisar iddiasından yeni xəbərlər gəlməyə davam edir.

İndex.az xəbər verir ki, “Meta” məhkəmədəki müdafiəsində “WhatsApp” və “Instagram”ın alınması ilə bağlı açıqlamalar verib. Şirkət bu satınalmaların monopoliya olmadığını müdafiə etdi.

“Meta”nın müdafiəsinə görə, “WhatsApp” və “Instagram”ın alınması şirkəti monopoliya vəziyyətinə salmayıb. Çünki bu satınalmalara baxmayaraq, “TikTok”, “Snapchat”, X və “YouTube” kimi bir çox platforma ilə rəqabət davam edir. Üstəlik, “Meta”nın sözlərinə görə, “Instagram” və “WhatsApp”ın alınması istehlakçıya da sərf edib.

“Meta”nın internet dünyasında monopoliya olmadığını sübut etmək üçün irəli sürdüyü digər bir məqam isə platformaların quruluşu ilə bağlıdır. “Meta” rəsmiləri “Instagram” və “WhatsApp”ı daha təhlükəsiz etmək üçün milyardlarla dollar xərclədiklərini deyirlər. Bundan əlavə, buna milyonlarla saat sərf edilib.

ABŞ-da aparılan araşdırma bu müdafiə ilə yeni bir ölçü qazanıb. İndi FTC “Meta”nın monopoliyaya çevrildiyini sübut etmək üçün öz dəlillərini təqdim edəcək. Məhkəmə FTC-nin təqdim etdiyi sübutları araşdırdıqdan sonra məsələ ilə bağlı qərar verəcək.