Çin Rusiyanın avtomobil bazarını ələ keçirib

Çin avtomobil nəhəngləri Rusiyada satışlarını artırmağa davam edir.

İndex.az xəbər verir ki, hətta, Çindən kənara çıxmayan “Li Auto” markası belə Rusiyaya avtomobil ixrac etməyə başlayıb.

Rusiya avtomobil bazarının mart ayı nəticələrinə nəzər saldıqda görürük ki, ən çox satılan 10 markadan 9-u Çin markasıdır.

Yalnız birinci yeri tutan “Lada” istisna yaratsa da, ikinci yerdə olan “Haval” keçən ay 16 min 45 ədəd satış edərək satışlarını 130%-dən çox artırıb.

“Geely”nin 15 min ədəd satışla 185% artım əldə etdiyi bazarda “Chery”, 13 min 159 ədəd avtomobil sataraq satışlarını 64% artırıb.

Digər tərəfdən, “Chery”nin “Exeed”, “Omoda” və “Jetour” alt brendləri ilə ilk 10 yerdən dördünü tutması da diqqəti cəlb edir.

İndex.az Rusiyada ən çox satılan avtomobillərin siyahısını sizə təqdim edir:

 

Sıra Marka Mart İlk çeyrek
1. Lada 39.908 90.870
2. Haval 16.045 37.639
3. Geely 15.004 36.264
4. Chery 13.159 31.893
5. Changan 9.330 20.216
6. Exeed 4.664 10.843
7. Omoda 4.632 10.423
8. Li Auto 3.617 8.049
9. Geely Belgee 2.732
10. Jetour 2.616