Amerikalıların lotoreya oyunlarına xərclədiyi rekord məbləğ açıqlandı

Lotoreya oyunları milyonlarla insana ümid bəxş etdiyi üçün diqqəti daha çox cəlb edir.

İndex.az xəbər verir ki, Şimali Amerika Dövlət və Ərazi Lotereyaları Assosiasiyasının (NASPL) məlumatına görə, təkcə ötən il ABŞ-da şans oyunlarına xərclənən pulların ümumi məbləği 113,3 milyard dollara çatıb.

Təbii ki, ABŞ-da şans oyunlarına marağın artmasında mükafatların cəlbediciliyini nəzərdən qaçırmaq olmaz.

Məsələn, ən populyar şans oyunu olan “Powerball”da cekpot son vaxtlar tez-tez 1 milyard dolları keçməyə başladı və keçən həftə sonu 1,3 milyard dollara çataraq bütün zamanların 4-cü ən böyük cekpotu oldu. Təbii ki, şans oyunları oynayan insanların əksəriyyəti üçün bu məbləğin mində biri belə yeni həyata başlamaq üçün kifayətdir, amma məsələ bu deyil…

NASPL-ə görə, xüsusilə pandemiya dövründə digər əyləncə tədbirlərinin ləğvi ilə şans oyunlarına maraq daha da artıb. Faiz artdıqca toplanan pullar və hədiyyələr çoxaldı, mükafatlar artdıqca şans oyunları ilə maraqlanmayanlar belə xəyal qurmağa və şans oyunlarına maraq göstərməyə başladılar. Yeri gəlmişkən qeyd edək ki, ABŞ tarixindəki ən böyük cekpotun 2022-ci ildə bir nəfər üçün 2,04 milyard dollar olduğu bildirilir.