“Volkswagen” Çin bazarına girə bilməyəcək

“Volkswagen”in baş direktoru Oliver Blume, Çində böyük bazar payı hədəflərinin olmadığını bildirib.

İndex.az xəbər verir ki, Blumenin sözlərinə görə, gərgin rəqabət şəraitində 10%-dən yuxarı istənilən nisbət əhəmiyyətli olacaq.

“Volkswagen”in hazırda Çinin elektrikli avtomobil sənayesində zirvədə ola bilməyəcəyini ifadə edən Blume, önümüzdəki illərdə satışa çıxarılacaq yeni modellərin şirkətin mövqeyini yaxşılaşdıracağını qeyd edib.

Digər tərəfdən, Blume çıxışında “Volkswagen”in Çin bazarında yüksək gözləntilərə sahib olmamasının lazım olduğunu bildirib:

“Sürətlə böyüyən Çin bazarında uzunmüddətli perspektivdə ikirəqəmli bazar payına çata bilsək, bu, artıq əhəmiyyətli bir hədəfdir”.