2023-cü ildə dünyada ən çox hansı avtomobil markaları satılıb?

Elektrikli nəqliyyat vasitələrinə keçid, daxili yanma mühərriklərinə alternativ axtarışlar, avtomobillərdə hərəkətlilik anlayışının canlandığı bu dövrdə avtomobil sənayesinin çox maraqlı bir prosesdən keçdiyini söyləmək səhv olmaz.

İndex.az xəbər verir ki, bu məsələlər birbaşa olaraq istehlakçıların seçimlərinə və buna görə də avtomobil satışlarına təsir edir.

Əlbəttə, unutmaq olmaz ki, bunlar uzunmüddətli təsiri olan şeylərdir. “Car Industry Analysis” tərəfindən hazırlanan hesabat bunu açıq şəkildə göstərir. Sözügedən təşkilatın hazırladığı “Qlobal Ən Çox Satan Avtomobil Markaları” siyahısı cəsarətli addımlar atan şirkətlərin mükafatlandırıldığını, sənayenin böyük adlarının isə qalıcılığını qoruduğunu göstərir.

İndex.az 2023-cü ilin ən çox satılan avtomobil markaları və satış həcmini təqdim edir:

Marka Satış ədədi
Toyota 9.483.173
Volkswagen 5.276.200
Ford 4.246.000
Hyundai 3.993.179
Honda 3.854.000
Nissan 3.290.271
Kia 3.087.384
Suzuki 3.072.824
BYD 2.885.066
Chevrolet 2.790.000
Mercedes 2.491.600
BMW 2.252.793
Changan 1.899.382
Audi 1.895.240
Tesla 1.808.581