İlon Maskın üzü gülmür: “Tesla” yeni ilin ilk rübünü yaxşı keçirməyib

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan “Tesla”, 2024-cü ilin birinci rübü üçün satış məlumatlarını paylaşdı.

İndex.az xəbər verir ki, məlumata görə, “Tesla” yeni ilin ilk rübünü yaxşı keçirməyib.

Verilən məlumata görə, şirkət 2024-cü ilin ilk üç ayında cəmi 412 min 376 “Model Y” və “Model 3” ədəd istehsal edib. İstehsal edilən bu nəqliyyat vasitələrinin yalnız 369 min 783-nü təslim edib.

“Tesla Model Y” və “Model 3″dən başqa cəmi 20 min 995 avtomobil istehsal edilib və onlardan 17 min 27-si təhvil verilib. Məlumata görə, şirkət gözləntiləri doğrulda bilməyib. Gözləntilər cəmi 477 min çatdırılma ediləcəyi idi.

“Tesla” 2023-cü ilin son rübü ilə müqayisədə 20,1 faiz, əvvəlki dövrlə müqayisədə isə 8,4 faiz azalma yaşadı. 2022-ci ildən bəri ən aşağı göstəriciyə sahib olduğu bildirilən şirkətin səhm qiymətlərində də azalma olduğu bildirilir.