Taksilərə 8 il məhdudiyyət belə tətbiq olunacaq – QAYDALAR

Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

İndex.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.