SU7 satışları sayəsində “Xiaomi” səhmləri yüksəlib

“Xiaomi” səhmləri sürətlə yüksəlməyə başlayıb.

İndex.az xəbər verir ki, Çin smartfon istehsalçısı “Xiaomi”nin səhmləri ilk elektrik avtomobili SU7-ni təqdim etdikdən sonra 16%-ə qədər yüksəlib.

“Xiaomi” CEO və təsisçisi Lei Jun keçən cümə günü iki saat davam edən tədbirdə standart SU7 elektrik avtomobil modelinin 215 900 yuan (29 872,02 dollar), pro və maximum versiyalarının isə müvafiq olaraq 245 900 yuan və 299 900 yuan qiymətinə satışa çıxarılacağını açıqlayıb.