Arxa şüşəsi olmayan avtomobil nümayiş etdirildi

İlk dəfə Nyu York Beynəlxalq Avtomobil Sərgisində təqdim edilən “Polestar 4” ilk baxışdan xarici görünüşü ilə diqqət çəkir.

İndex.az xəbər verir ki, “Polestar 3″dən bir qədər kiçik və daha sərfəli olan şirkətin ən yeni elektrik avtomobilinin burnu bir az daha kəskin və əyridir.

Onun “Polestar 3” kimi ön qanadı da yoxdur. O, hələ də çox populyar olan aşağı kupe formasını saxlayır. Ancaq, bildiyimiz kimi, “Polestar” arxa pəncərədən tamamilə imtina edib.

Bunun səbəbi arxa oturacaqda sərnişinlər üçün daha rahat və geniş yer təmin etməkdir. Arxa şüşə əvəzinə sadə metal təbəqələr, kameralar və quraşdırılmış ekranlı arxa görüntü güzgüsü istifadə edilib. Arxa pəncərə olmadığı üçün “Polestar” geniş salon yaradan maili tavan xəttinə baxmayaraq, arxa oturacaqları daha da geri itələməyi bacarıb.

“Polestar 4″ü təcrübədən keçirmə fürsəti tapan lansman ziyarətçiləri, bütün bunlara baxmayaraq, avtomobilə minib-düşərkən heç bir problem yaşamadıqlarını, ön oturacaqlar itələsə də arxada kifayət qədər ayaq yerinin olduğunu qeyd edərək təcrübələrini bölüşdülər.