“Nissan” və “Mitsubishi” elektrik pikap tərəfdaşlığı qurur

“Nissan” və “Mitsubishi” elektrik pikap ortaqlığı qurur.

İndex.az xəbər verir ki, iki mühüm marka bu avtomobili ilk olaraq ABŞ bazarında təqdim edəcək.

“Nissan” və “Mitsubishi” tərəfindən birgə hazırlanacaq və istehsal olunacaq bu elektrik pikap ilkin olaraq yuxarıda dediyimiz kimi pikap bazarının çox böyük olduğu ABŞ bazarı üçün eksklüziv olacaq.

Birbaşa Meksikada istehsal ediləcəyi açıqlanan və qiymət baxımından rəqabətədavamlı olduğu düşünülən avtomobil “plug-in hibird”, yəni elektriklə dəstəklənən versiyada da təklif ediləcək. 2027-ci ildən sonra gəlməsi düşünülən, yəni hələ yaxın olmayan model ABŞ bazarında nəhəng satış rəqəmlərinə çata bilər və oradakı sərt rəqabətdə çox önəmli “oyunçu” ola bilər.

“Nissan” hazırda digər istehsalçılarla əməkdaşlıq üzərində işləyir. Məsələn, bu yaxınlarda rəsmi olaraq elan edildiyi kimi, “Nissan” və “Honda” da bir araya gəlir. Bu kontekstdə iki nəhəng gələcəkdə ortaq bir elektrik avtomobil platforması ilə gündəmə gələ bilər və bu platformadan bir çox büdcəyə uyğun vasitələr çıxa bilər. Elektrik tərəfində satış və istehsal xərclərini azaltmaq üçün məntiqli görünən bu addım hələ başlanğıc mərhələdədir, lakin işin sürətlə irəliləməsi gözlənilir.