Dani Alveş həbsxanadan necə çıxdı? – Girovu kim ödədi?

İspaniyada qadına qarşı cinsi təcavüzə görə həbs edilən braziliyalı əfsanəvi futbolçu Dani Alveş bir ildən çox həbsxanada yatdıqdan sonra 1 milyon avro girov qarşılığında sərbəst buraxılıb.

İndex.az xəbər verir ki, girovu kimin ödədiyi məlum olub.

Əvvəlcə braziliyalı ulduz Neymarın atasının Dani Alveşin girov pulunu ödədiyi düşünülürdü. Daha sonra ortaya çıxan xəbərə görə, Neymarın atası reaksiyalara görə bu girovu ödəməkdən vaz keçib.

İspaniyada yayımlanan “Fiesta” adlı proqramda Dani Alveşi azadlığa buraxan girov pulunu kimin ödədiyi üzə çıxıb. Proqrama qatılan Marisa Blazquezin sözlərinə görə, bu girovu Braziliyanın məşhur jurnalı ödəyib. Blazquez jurnalın adını çəkməkdən imtina edib.

Blazkesin sözlərinə görə, jurnal bunu Dani Alveşin həyatından bəhs edən eksklüziv sənədli filmin çəkilişi müqabilində edib.

Digər tərəfdən, ödənişin kimin tərəfindən həyata keçirildiyinin təsdiqlənməsinin ləngiməsi beynəlxalq köçürmə ilə bağlı lazımi şərtləri tamamlamaq və yoxlamaq üçün vaxt tələb edən proseslərlə əlaqələndirilib.