ABŞ iqtisadiyyatı gözləniləndən çox böyüyüb

ABŞ iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə 3,4% böyüyüb.

İndex.az xəbər verir ki, bazarlar ABŞ iqtisadiyyatın son rübdə 3,2% böyüyəcəyini gözləyirdilər.

Ölkənin Ümumi Daxili Məhsulu ilə bağlı yanvarda açıqlanan ilkin məlumatlarda qeyd olunub ki, ötən ilin dördüncü rübündə iqtisadiyyat 3,3%, fevralda dərc edilən ikinci qiymətləndirmədə isə 3,2% artıb.

ABŞ iqtisadiyyatı ötən ilin birinci rübündə 2,2%, ikinci rübdə 2,1%, üçüncü rübdə isə 4,9% artıb.