Türkiyənin ən ucuz elektrikli avtomobili satışa çıxarılıb

İtaliyada istehsal olunan kiçik avtomobil “Fiat Topolino” Türkiyədə satışa çıxarılıb. x

İndex.az xəbər verir ki, “Fiat Topolini” tam elektriklə işləyən mini avtomobil kimi görünür.

“Fiat Türkiyə” tərəfindən edilən açıqlamaya görə, “Topolino” dayanıqlı və praktik nəqliyyat həlli axtaranlar üçün ideal seçim olaraq önə çıxır.

Bütün yaş qruplarına xitab edən dizaynı ilə yeni mobillik təcrübəsi olan gəncləri bir araya gətirməyi hədəfləyir. “Topolino Fiat”ın innovativ ruhunu və rəngarəng, praktik həyat tərzini, yəni “Dolce Vita”nı əks etdirir.

Bundan əlavə, Türkiyədə B1 sürücülük vəsiqəsi ilə 16 yaşından etibarən istifadə oluna bildiyi üçün şəhər içi nəqliyyat üçün ideal bir həll təklif edir və ailələrin nəqliyyat ehtiyaclarını ödəməyə imkan verir.