Saniyədə 156 trilyon kadr çəkə bilən kamera hazırlanıb

Alimlər qrupu saniyədə 156,3 trilyon kadra bərabər olan 156,3 terahertz (THz) kodlaşdırma sürətində şəkillər çəkə bilən SCARF adlı xüsusi kamera hazırlayıb.

İndex.az xəbər verir ki, “Swept-Coded Aperture Real-time Femtophotography” mənasını verən SCARF adlı elmi kamera INRS professoru Yinyanq Lianq və onun komandası tərəfindən hazırlanıb.

Tədqiqat “Nature” jurnalında dərc edilsə də, SCARF şok dalğası mexanikası və ya daha effektiv dərman inkişafı kimi müxtəlif sahələrdə ciddi faydalar təmin edə bilər.

Professor Lianq və komandası tədqiqatlarını ultra sürətli kameralara yeni bir yanaşma gətirmək üçün tərtib ediblər.

Qeyd edək ki, ənənəvi kamera sistemləri kadrları bir-bir çəkir və hərəkət edən obyektləri müşahidə etmək üçün onları birləşdirir.