Telefonlara uzun müddət baxmaq uşaqlarda korluğa səbəb ola bilər

Britaniyalı ekspertlər saatlarla telefonların qarşısında duran uşaqların kor olmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

İndex.az xəbər verir ki, uşaqların gün işığında çöldə kifayət qədər vaxt keçirmədikləri, diqqətlərini daha uzun məsafələrə yönəltmələri qeyd edilib.

Oftalmoloq Con Bolger miopiya olaraq bilinən yaxındangörmə xəstəliyindən əziyyət çəkən uşaqların sayının artmasından dərindən narahat olduğunu ifadə edərək, bunu epidemiya olaraq xarakterizə edib.

Uzun müddət ekrana baxmağın göz bəbəyinin uzanmasına səbəb ola biləcəyini ifadə edən Bolger deyib: “COVİD pandemiyasının təsirləri miyopiya epidemiyasını daha da artırdı. Çöldə kifayət qədər vaxt keçirməmək də uşağın təbii işığa məruz qalmasına mane olur. Bu, göz almasının böyüməsini tənzimləmək və miyopi riskini azaltmaq üçün lazımdır”.

4-5 yaşlarında kontakt linzalardan istifadə edən uşaqların olduğunu ifadə edən Bolger deyib:  “Hətta -20 nömrəli uşaqlarımız var. Bu vəziyyət onların həyatında ciddi çətinliklər yarada bilər. Bu heç də asan deyil. Bu da əlilliyin başqa növüdür.